Datasets:
passage_id stringlengths 16 16 | title stringlengths 1 88 | content stringlengths 200 2k |
|---|---|---|
ff667d312cc06ae7 | Madagiz | Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Coğrafiyası Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur. Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. |
09f910dafe5341c9 | Madagiz | 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi. 1953-cü ildə qəsəbədə orta məktəb açıldı. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Suqovuşan ilk dəfə 1992-ci ilin iyun-iyul aylarında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edib. 1992-ci ilin sentyabr ayında Qarabağda formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və azad edilənədək işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. |
e612689c8d6e2a3b | Madagiz | Hərbi hissənin nömrəsi 49971 idi. 5-ci müdafiə rayonu, dağatıcı alay, 49971 nömrəli hərbi hissə olaraq, 10-cu dağatıcı diviziyanın tərkibinə daxil idi. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunurdu. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub. Bundan başqa erməni ordusunun 6-cı müdafiə rayonu kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.Azərbaycan kütləvi informasiya vasitələrində 2016-cı il aprelin 4-dən 5-nə keçən gecə baş verən ağır döyüşlərdən sonra Suqovuşan kəndinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi xəbəri yayılsa da, bu barədə Azərbaycan Respublikası Müdafə Nazirliyi tərəfindən heç bir açıqlama verilməmiş, erməni tərəfi isə xəbərin dezinformasiya olduğunu bildirmişdir. 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır. 2016-cı ilin aprel ayına qədər bu yaşayış məntəqəsində 500 nəfərə qədər erməni yaşayırdı. Milli tərkibi Tarixi abidələr Suqovuşan kəndi ərazisində üç tarix-memarlıq abidəsi qeydiyyata alınmışdır: Müqəddəs Yelisey monastırı (4035) — XII əsrə aid Alban monastırı. |
b97b41bbb4145141 | Madagiz | Körpü (4034) Kilsə (4488) — 1898-ci ildə inşa edilib İnfrastruktur Kənd ərazisində Suqovuşan su anbarı və Suqovuşan-1 və Suqovuşan-2 su elektrik stansiyaları yerləşir. Kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. Aprel döyüşləri zamanı elektrik stansiyası və balıqartırma zavoduna ziyan dəysə də, onlar sonradan yenidən bərpa ediliblər. 2022–23-cü illərdə Suqovşandan başqa ölkələrə balıq və qara kürü ixracının başlanması planlaşdırılmışdı. Həmçinin bax Suqovuşan su anbarı Talış (Tərtər) |
f865b634b8cbac34 | Süleyman Ələsgərov (bəstəkar) | Süleyman Əyyub oğlu Ələsgərov (22 fevral 1924, Şuşa, DQMV – 21 yanvar 2000, Bakı) — azərbaycanlı bəstəkar, Azərbaycan SSR xalq artisti (1974), Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı (1967), Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri (1972–2000). Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) vəzifələrində çalışmışdır. Yaradıcılığında operetta janrı əsas yer tutur. |
b14cf6353de9e513 | Süleyman Ələsgərov (bəstəkar) | "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970) ; "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı,"Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdır. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə dünyasını dəyişib. Mükafatları "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — 1967 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 iyun 1974 "Şöhrət" ordeni — 21 fevral 1999 Filmoqrafiya Aktrisanın təbəssümü (film, 1974) Azərbaycan atları (film, 1953) Azərbaycan elləri (film, 1976) Bəstəkar Süleyman Ələsgərov. Ömrün iki günü (film) Daşkəsən (film, 1946) Qabaqcıl sovxozda (film, 1955) Qəmbər Hüseynli (film, 2007) Musiqişünas (film, 2001) Ulduz (film, 1964) Vidadi Xəlilov. |
a5ff55cd4bc81a90 | İrrasional ədədlər | İrrasional ədədlər — Dövri olmayan sonsuz onluq kəsrə deyilir. Məsələn, 1,2754091..., -0,070070007... vs. İrrasional ədədlərə π (pi)-ni də əlavə etmək olar. İrrasional ədədlər m n {\displaystyle {\frac {m}{n}}} şəklində göstərilə bilinməyən ədədlərdir, burada {\displaystyle m} tam ədəd, {\displaystyle n} isə natural ədəddir. İrrasional ədədlər çoxluğu - İ ilə işarə olunur. Həmçinin bax Həqiqi ədədlər |
5ed60b2448bf30c5 | Əliyar Əliyev | Əliyar Əliyev (14 dekabr 1957, Qəzyan, Qubadlı rayonu – 3 oktyabr 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Erkən illəri Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib. Qarabağ müharibəsi və döyüşlərdə iştirakı Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. |
4a3de2b5d2f01fec | Əliyar Əliyev | Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar. Məhz elə o illərdə Qubadlıda xalq hərəkatının başçısı, demokratik qüvvələrin rəhbəri kimi tanınan Əliyar Əliyev könüllülərdən ibarət dəst təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınırdı. |
a08e483d6fbe64f0 | Əliyar Əliyev | Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur.Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoymuşdu.Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun 3 döyüşçüsünə ölüm hökmü çıxarılmışdı.1992-ci ilin aprel ayının 16-da "Qara bəbir" ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Laləzar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçmişdi. Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişmişdilər.1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olmuşdu. 1992-ci ilin avqust ayında həyata keçirilən "Şurnuxu" əməliyyatında iştirak edib. |
541e690e9181dab1 | Əliyar Əliyev | Qarabağ müharibəsi qazisi Sadiq Paşayevin sözlərinə görə, Azərbaycan əsgərləri iki rayonun arasındakı yolu kəsib, əlaqəyə girmələrinə mane olurduq. Orada ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanmışdı. Azərbaycan əsgərləri iki qrup idi – bir bölük və təxminən 40–45 nəfər ibarət olan bir taqım. Əməliyyat bir gün çəkdi və ermənilər 80-dən çox canlı qüvvə və bir neçə texnika itirdi. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 rus və erməni silahlısını canlı olaraq ələ keçirmişdi. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarmışdılar. |
f6dedf4f4312d9a4 | Əliyar Əliyev | Azərbaycan qüvvələrində bir-iki yüngül yaralı var idi və itki verməmişdi.Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etdi. Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub. Həmin döyüşlərdə iştirak etmiş, I taborun tank əleyhinə taqım komandiri, baş leytenant, II qrup Qarabağ müharibəsi veteranı Füzuli Həsənovun qeyd edir: Şəxsi həyatı Ailəli idi, Emin və Yusif adlı oğlu və Pərvanə adlı qızı var. O, qarmonu məharətlə çalardı, döyüşçülərini ruhlandırardı. |
91a48f7895454e4e | Əliyar Əliyev | Əliyar Əliyev bir müddət pəhləvan kimi fəaliyyət göstərib. O, hətta müxtəlif nömrələrlə (üzərindən maşın keçirmək, başında kərpic sındırmaq, hərəkətdə olan maşını saxlamaq və sairə) qonşu rayonlarda da çıxışlar edirdi.Əliyar Əliyev Yunan-Roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri, Heydər Məmmədəliyev isə güləş üzrə dünya çempionu olmuş və 2004 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdır.Əliyar Əliyev şeirlər də yazırdı: Bakının Nərimanov rayonundakı küçələrdən biri Əliyar Əliyevin adını daşıyır, orada qəhrəmanın büstü də ucalır. 2017-ci ildə Bakının Nərimanov rayonunda onun adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub. Masazırda onun adına məktəb, Sumqayıtda və Binəqədidə isə "Əliyar" adlı bulaqlar var. Sumqayıt şəhərində idman klubu və yaratdığı tabor onun adını daşıyır. |
3f8efed26fc54173 | Əliyar Əliyev | Qubadlı rayonunda abidəsi qoyulub. Filmoqrafiya 2016-cı ildə Nizami Abbas Əliyar Əliyev haqqında "Pəhləvan komandir" sənədli filmini çəkmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. (19??) — SSRİ idman ustası (10 noyabr 1992) — "Qızıl Ulduz" medalı (ölümündən sonra) |
2f13a92ac564a2d3 | İslamın beş şərti | İslamın beş şərti. İslam dininin beş şərti bunlardır: Kəlməyi şəhadət (ərəb. الشهادة) Namaz (ərəb. الصلاة) Oruc (ərəb. الصوم) Həcc (ərəb. الحج) Zəkat (ərəb. الزكاة) Kəlimeyi şəhadət Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. |
ad3bd6e85d1b753a | İslamın beş şərti | Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm." (ərəb. أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسوُلُ اللَّهِ) Farsca "təzim etmək, ibadət üçün əyilmək" mənasını verən Namaz, lüğətdə "dua etmək, ibadət etmək, bağışlanma diləmək, yalvarmaq" mənasını verən ərəbcə salat (cəmi salavat) sözünün qarşılığıdır. Salat bir termin olaraq təkbirlə başlayıb salamla bitən müəyyən əməl və sözlərdən ibarət bədən ibadətini ifadə edir. Namaz hər gün beş vaxtda Allahın hüzurunda dayanıb rüku və səcdə ilə ibadət etməkdir. İslamda Namazın ibadətdəki xüsusi mövqeyi və əhəmiyyətinə görə bəzi fövqəladə hallarda namazın tərk edilməsinə imkan vermək əvəzinə, qılınmasında bəzi rahatlıqların təmin edilməsi məqsəd qoyulmuşdur. Namaz sırf bədən ibadəti olduğu üçün onu şəxsən qılmaq lazımdır, ona görə də başqasının adına namaz qılmaq olmaz. |
ed57000f80e20912 | İslamın beş şərti | Ərəbcə savmın (siyəm) farsca qarşılığı olan rûze sözünün lüğətdə "bir şeydən uzaq durmaq, özünü bir şeyə qarşı tutmaq" mənasını verən formasıdır. Savm və siyəm və onların törəmələri Quranda on üç yerdə, hədislərdə isə çoxlu sayda qeyd edilmişdir. Bir termin olaraq oruc, sübh açılandan gün batana kimi şəriətin buyurduğu ibadəti yerinə yetirmək niyyəti ilə yemək-içməkdən çəkinmək deməkdir. Ramazan orucu nəfsi tərbiyə edər. Müsəlman çəkdiyi aclıq ilə kasıblara qarşı mərhəmət hissi duyar. Həcc maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, Kəbəni ziyarət etməkdir. Beləcə dünya Müsəlmanları bir araya gəlir. |
191920a53416a5c1 | İslamın beş şərti | Zəkat–Lüğətdə "artırmaq, təkmilləşdirmək" "Tərif və bərəkət" mənasını verən zəkat, bir termin olaraq zəngin sayılan müsəlmanların mallarından Quranda qeyd olunan təbəqələrə xərclənmək üçün götürülən müəyyən bir payı ifadə edir. Adətdə bu payın maldan çıxarılması prosesinə də zəkat deyilir. Sədəqə sözü də bir termin olaraq zəkatla sinonimdir. İslam maliyyə hüququnun erkən dövr müəlliflərindən biri olan Əbu Ubeyd Kasım b. Sallam (vəf. 224/838) dedi: "Sədəqəyə gəlincə, o, müsəlmanın qızıl, gümüş, dəvə, mal-qara, qoyun, taxıl və əkin kimi mallarının zəkatıdır. Xarici keçidlər Allah'ın Varlığı Dünya Namaz Vaxtları Azərbaycan üçün Namaz Vaxtları Azerimuslims Namaz haqqında Islam (İngiliscə) Islam Azərbaycanda Islamic Network (İngiliscə) Tasavvuf, Abdulkadir Geylani, İbn Arabi, Arxivləşdirilib 2011-09-30 at the Wayback Machine cennet islami directory (İngiliscə) islamhouse (İngiliscə) |
3d9c6a92685c9669 | Müqəddəs Valentin günü | Müqəddəs Valentin Günü, Sevgililər günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gün. 14 Fevral tarixi Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi. 15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. |
fbca6347c3cbd06f | Müqəddəs Valentin günü | Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar. III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib. O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. |
bccd0d967cd659a1 | Müqəddəs Valentin günü | (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir. Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir. 14 Fevral Müqəddəs Valentin Günü müxtəlif xristian məzhəblərində qeyd olunur; məsələn, Anglikan Birliyi təqvimində,bayram günü kimi Lüteran kilsəsinin təqvimində göstərilir . |
792850b345d515ac | Müqəddəs Valentin günü | Ancaq 1969-cu ildə 14 Fevral Müqəddəs Valentin günü Ümumi Roma Təqvimindən çıxarıldı səbəb kimi isə , Müqəddəs Valentin haqqında 14 fevralda Via Flaminiya üzərində dəfn olunmasından başqa heç nə məlum olmadığı göstərilir. İngilis tarixçisi Con Foks qeyd edir ki, Valentinin Müqəddəs Hippolitus qəbiristanlığının yaxınlığında yerləşən Romadakı Praxedes Kilsəsində dəfn edildiyini bildirir. Bu əmrdə deyilir ki, əfsanəyə görə "Culiya özü məzarının yanında çəhrayı çiçəkli bir badam ağacı əkdi. Buna görə də indi badam ağacı məhəbbət və dostluğun rəmzidir" Başqa bir əfsanəyə görə Müqəddəs Valentin,əsgərlərə Allahın sevgisini daim xatırlamaq üçün öz perqamentlərini ürəklərinin üzərindən kəsmələrini deyib buna görə də ürəyi sevginin simvolu hesab edirlər. Valentin günü 14 fevralın “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir. |
9805c64518972485 | Müqəddəs Valentin günü | Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Luperkalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından ,gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə - “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə - 14 fevrala rəsmiləşdirdi. Sevgililər günü İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq "Müqəddəs Valentin" də xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. |
79833bc783c11a2f | Müqəddəs Valentin günü | Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə, amma bir o qədər mənalı çiçəklər gəlir. Sevgililər gününü bəzi müsəlman ölkələri qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan Sevgililər Gününü qeyd etməyən ölkələrdir. “Oxford University Press” qəzeti, 1997-ci il, 14 fevral buraxılışı “Centre Daily Times” qəzeti, 2009-cu il, 14 fevral buraxılışı “New York Times” qəzeti, 1993-cü il, 14 fevral buraxılışı |
c342aa7a1e0c2b89 | Mir Mövsüm Ağa | Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər.40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. |
2cf7f0c1e801a7dd | Mir Mövsüm Ağa | 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Mir Mövsüm Ağa ziyarətgahı Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir. Ziyarətgah — kompleksin mərkəzində xalq arasında böyük inam sahibi olan Ağa Seyid Əli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi ucalıb. Sovet hakimiyyəti illərində onun məzarı üzərində məqbərə tikilməsinə icazə verməmişdir.1992-ci ildə məzarın üzərində əvvəlcə kiçik məqbərə, daha sonra abidə ucaldılmışdır. Xarici keçidlər Zamanın Sorağında — Mir Mövsüm Ağa — 01.10.2017 Tanı-t Azərbaycanı: Mirmövsüm ağa ziyarətgahı |
a6420f23739b1277 | Ekvator | Ekvator — şimal və cənub yarımkürələri bir-birindən ayıran, yerin mərkəzindən keçən oxun fırlanma oxuna perpendikulyar müstəvi üzərində yerləşən xəyali dairəvi xətt, ən uzun paralel. Qvineya körfəzində Qrinviç meridianı ilə kəsişir. Ekvator xəttinin uzunluğu 40 min 76 kilometrdir. O yeganə ən böyük en çevrəsidir və onun coğrafi eni 0°-dır. Ekvator xətti Yerin forması sayəsində göyə ən yaxın nöqtəsidir. Eyni zamanda, dəniz səviyyəsinin ən yüksək nöqtəsi ekvatordur. Yer adları Arxivləşdirilib 2009-02-20 at the Wayback Machine |
233f9875008a5145 | Azərbaycanda eneolit dövrü | Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. |
a27e570dc3694054 | Azərbaycanda eneolit dövrü | Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; Abidələrin icmalı Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi. Bəzi ölkələrdə bu mərhələ nisbətən tez, digərlərində isə gec başlanmışdır. Birinci dəfə mis əşyalar Qədim Şərq ölkələrində meydana gəlir.Azərbaycan və bütün Cənubi Qafqaz misişləmə peşəsinə çox erkən yiyələnmiş ölkələr sırasına daxildir. Azərbaycanda Eneolit dövrü eramızdan əvvəl VI minillikdən başlanır və IV minilliyin ortalarına qədər davam edir. Eneolit dövründə iqtisadiyyat və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın əsas sahələri olur, əhalinin sayı xeyli artır, əkinçi-maldar qəbilələri geniş ərazilərdə yayılır, qəbilələrarası əlaqələr güclənir. Bu dövrdə Qədim Şərqin bəzi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır.Eneolit dövründə Azərbaycanda oturaq həyat sürən qəbilələr məskən salmışdılar. |
a8702a8a80a0d338 | Azərbaycanda eneolit dövrü | Əkinçilik mədəniyyəti onlara yaxşı məlum idi. Onlar müxtəlif taxıl növləri becərir, əkin-biçin alətləri hazırlayır, məhsulu yığır, döyür və istifadə edirdilər. Onların sürülərində, demək olar ki, bütün əsas ev heyvanları var idi. Əkinçilik və maldarlıq məhsulları Azərbaycanın Eneolit dövrü qəbilələrinin başlıca ərzaq mənbəyini təşkil edirdi.Zaqafqaziyada eneolitin öyrənilməsi 50-ci illərdə Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə yaşayış yerinin qazıntılarından başlandı. Həmin illərdə Mil düzündə aparılan arxeoloji tədqiqat işləri böyük marağa səbəb oldu. Burada aşkar edilən yaşayış yerlərində I Kültəpənin qədim mədəni təbəqəsi üçün səciyyəvi olan saxsı məmulatının varlığı müəyyən edildi. Abidələrdən əldə edilən material Eneolit dövrü mədəniyyətinin Şimali Azərbaycanda böyük ərazidə yayılması və onun Ön Asiya aləmi ilə əlaqəli inkişafını söyləməyə əsas verdi60-cı illərdən başlayaraq Mil-Qarabağ düzənliyində Qarqar çayından şimalda yerləşən abidələrin öyrənilməsi göstərdi ki, buradakı erkən əkinçilik mədəniyyətini əks etdirən çoxsaylı yaşayış məskənlərinə Azərbaycanın və bütün Zaqafqaziyanın digər vilayətlərində rast gəlinməmişdir. Zaqafqaziyada eneolit mədəniyyətinin lokal xüsusiyyətlərinin, əlaqələrinin və qarşılıqlı təsirlərin, xronoloji məsələlərin öyrənilməsində Ağdam rayonunda Çalağantəpə, İlanlıtəpə və Leylatəpə qazıntılarından əldə edilən məlumatlar mühüm əhəmiyyət kəsb edir.Eneolit yaşayış yerlərinin bir qrupu da Muğanda Cəlilabad rayonu ərazisində aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı. |
f62f0192608238d0 | Azərbaycanda eneolit dövrü | Cənubi Azərbaycanda, xüsusi ilə Urmiya gölü rayonunda bir neçə erkən əkinçilik mədəniyyəti abidələri öyrənildi. Həsənli, Hacı Firuz, Dəlmətəpə və s. abidələrdə erkən əkinçi mədəniyyəti qalıqları aşkar olundu. 1948-ci ildə Urmiya gölünün qərb sahilində Göytəpə yaşayış yerində İlk Tunc dövrü təbəqəsindən altda eneolit və daha qədimə aid mədəni təbəqənin varlığı müəyyən edildi. Sonralar eyni vəziyyətə Urmiya gölünün şərqində Yanıqtəpə yaşayış yerində rast gəlindi. Ancaq Cənubi Azərbaycanın həmin bölgələrdəki abidələri öz xüsusiyyətlərinə görə fərqlənirlər, bu isə eramızdan əvvəl VI-IV minilliklərdə burada bir neçə lokal əkinçi mədəniyyətlərini ayırmağa əsas verdi.Azərbaycan və bütün Cənubi Qafqaz ərazisində Kür çayının orta axarında aşkar edilən eneolit yaşayış yerlərinin çox böyük əhəmiyyəti oldu. Ötən əsrin 50-70-ci illərində Şəmkir və Qazax rayonlarında çox maraqlı eneolit abidələri tədqiq edilib öyrənildi. Bunlardan birinci növbədə Şomutəpə, Töyrətəpə, Babadərviş, Qarğalartəpəsi, Rustəpəsi, Keçili və s. yaşayış yerlərini göstərmək olar. |
0db5609fc1c28d49 | Azərbaycanda eneolit dövrü | Topoqrafik, memarlıq və mədəni qalıqların xarakterinə görə eyni tipli yaşayış yerləri Gürcüstanın Azərbaycanla qonşu rayonlarında da, xüsusən, Marneuli düzənliyində tapılmış, ilk dəfə Şomutəpə mədəniyyəti altında qeyd olunan bu yaşayış məskənləri çox güman ki, Ön Asiya - Qafqaz aləminin şimal həndəvərində yayılmış ən qədim əkinçi qəbilələrin vahid etno-mədəni mənsubiyyətini əks etdirir. Cənubda, xüsusən Naxçıvan ərazisində, Mil, Qarabağ və Muğan düzlərində yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, eneolit dövrünün başqa etno-mədəni şaxəsini təşkil edir.80-ci illərdə Ağdam rayonundakı Leylatəpə yaşayış yerində aparılan tədqiqatlar göstərdi ki, eramızdan əvvəl IV minilliyin başlanğıcında Azərbaycanın Qarabağ düzənliyinə Mesopotamiyanın Obeyd mədəniyyəti ilə oxşar mədəniyyətə malik qəbilələr köçmüşlər. Onlar Zaqafqaziyaya bir sıra mədəni və texniki yeniliklər, o cümlədən metaləritmə istehsal üsulunu gətirmişlər.Beləliklə, XX əsrin ikinci yarısında aparılan arxeoloji tədqiqatlar Azərbaycan ərazisində istehsal təsərrüfatının inkişaf mərhələsini əks etdirən Eneolit dövrünün varlığını və bu dövrün Azərbaycan tarixində fərziyyə olması fikrinin əsassız olduğunu sübuta yetirdi. Quruçay və Köndələnçay vadisində eneolit dövrünün qədim mədəniyyət izləri Quruçay və Köndələnçay vadisində ən qədim əkinçilik mədəniyyəti ilə bağlı olan abidələr eneolit dövrünə aiddir.Quruçay və Köndələnçay vadisində eneolit dövrünün ilk tapıntıları Azıx və Tağlar daş dövrü mağara düşərgələrinin üst mədəni təbəqələrində aşkar edilmişdir. Hər iki mağara Quruçayın hündür sol sahilindəki əhəng qayalıqlarında yerləşir. Onların ətrafı əkinçilik üçün yararlı torpağı olan yallardan ibarətdir. İstər Azıx, istərsə də Tağlar mağaralarından tapılmış eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin böyük hissəsini gil qab qırıqları təşkil edir. |
01da983d905dbb01 | Azərbaycanda eneolit dövrü | Bunlar saman və ya qum qatışıqlı gildən hazırlanmış qab qırıqlarından ibarətdir. Həmin qırıqlar özlüyündə eneolit dövrü üçün xas olan bəsit formalı küpələrə, enli ağızlı qazan və camlara, düz divarlı iri qablara aiddir. Saman qatışıqlı gil kütləsindən hazırlanmış qabların üzəri hər iki tərəfdən eyni tərkibdə olan gil məhlulu ilə suvanmış və hamarlandırılmışdır. Bişirilmədən sonra bu məhlul nazik təbəqə şəklində açıq çəhrayı və ya yaşılımtıl-sarı rəng almışdır. Qum qatışıqlı gildən düzəldilmiş qabların səthi kobuddur. Onlar boz və ya qırmızımtıl-boz rəngidir. Saxsıları kövrəkdir. |
af55f924b1acd818 | Azərbaycanda eneolit dövrü | Təsvir etdiyimiz qab nümunələri Azərbaycanın bütün eneolit abidələri üçün səciyyəvidir. Eyni formalı və texnoloji xüsusiyyətli qablar qonşu respublikaların eneolit dövrü abidələrində də gil məmulatının əsasını təşkil edir. Azıx və Tağlar mağaralarından gil məmulatı ilə yanaşı bir neçə daş və sümük məmulatı da tapılmışdır. Daş məmulatına əsasən dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr daxildir. Onlar iki və üçtillidir. Bu alətlərin bəzisinin yanı dişəklənmişdir. Dəvəgözü daşından düzəldilmiş belə kəsici alətlər Azərbaycanın eneolit dövrünə aid bütün qədim yaşayış yerlərindən məlumdur. |
cc55e3dc69aca1f1 | Azərbaycanda eneolit dövrü | Daş məmulatı içərisində bir ədəd dairəvi muncuq da vardır. Tağlar mağarasından tapılmış bu bəzək nümunəsi ağ rəngli araqanit daşından düzəldilmişdir. Gözü hər iki tərəfdən burma üsulu ilə açılmışdır. Yuxarıda qeyd etdiyimiz sümük əşya iti bizdən ibarətdir. Bu alət iri quşa məxsus lülə sümüyündən yonulmuşdur. Onun uc hissəsi səylə hamarlanmış və itiləşdirilmişdir. Bu hissədə işlənmə nəticəsində parıltı əmələ gəlmişdir. |
9e388033fc2c9a76 | Azərbaycanda eneolit dövrü | Alətin ümumi uzunluğu 8 sm-dir. Belə sümük alətlər də eneolit dövrü üçün çox səciyyəvidir. Maraqlıdır ki, onlardan ilk tunc dövrünün başlanğıc mərhələsində də geniş istifadə olunmuşdur. Azıx və Tağlar mağaralarından tapılan eneolit dövrü tapıntıları bu mağaralardan həmin dövrdə sığınacaq kimi istifadə olunduğunu göstərir. Çox güman ki, bu dövrdə mağaralarda yaşayış müvəqqəti olmuşdu. Əsas yaşayış isə, şübhəsiz, əkinçilik və maldarlıq təsərrüfatı üçün daha əlverişli olan Köndələnçayın sahil ərazilərindəki açıq yerlərdə keçmişdi. Belə yaşayış yerlərindən biri Köndələçayın sağ sahilində yerləşən Günəştəpə abidəsidir. |
e8d235b87d334f0f | Azərbaycanda eneolit dövrü | Uzunsov dairəvi təpədən ibarət olan bu abidənin uzunluğu 140–150 m-ə, eni isə 60 m-dən 80 m-ə qədərdir. Şimal tərəfdən təpə Köndələnçayın yatağından 35 m yüksəkdir. Bu hissədən təpəyə qalxmaq qeyri-mümkündür. Cənub tərəfdən isə onun hündürlüyü 10 m-ə çatır. Quruçay Günəştəpədən 400–500 m cənubda axır. Onunla təpə arasında qalan sahə düzdür. Ehtimal ki, vaxtı ilə bu yerdə Günəştəpənin qədim sakinlərinin əkin sahələri olmuşdur. |
5ebc3790f580f101 | Azərbaycanda eneolit dövrü | Maraqlıdır ki, axtarışlar zamanı buradan dəvəgözü daşından bıçaqvarı lövhələr və çaxmaq daşından oraq dişləri tapılmışdır. Günəştəpənin üstündən isə eneolit ilk və orta tunc dövrlərinə aid həm daş alətlər, həm də çoxlu gil məmulatı toplanmışdır. Eneolit dövrünə aid tapıntılar əsasən gil qab qırıqlarından ibarətdir. Cam və çölməklərə aid bu saxsı qırıqlarının tərkibi saman qarışıqlı olub, üzəri bəzən bir, bəzən isə hər iki üzdən gil məhlulu ilə suvanmış və səylə hamarlaşdırılmışdır. Rəngləri açıq qırmızı, çəhrayı və ya yaşılımtıl-sarıdır. Bunların bişirilmə keyfiyyəti də yaxşıdır. Göstərməliyik ki, eyni xüsusiyyətli, bəzən isə üzəri qırmızı boya ilə naxışlanmış qədim gil məmulatı Köndələnçayın sol sahilindən bir qədər şimalda başlayan Mil düzündəki eneolit abidələrindən də tapılmışdır. |
dca4fe58917f4694 | Azərbaycanda eneolit dövrü | Ayrı-ayrı tədqiqatçılar gilinin tərkibində döyülmüş saman qatışığı olan belə gil məmulatını Zaqafqaziya eneolit abidələrinin yalnız cənub qrupuna aid edirlər. Günəştəpədən tapılan ən qədim maddi-mədəniyyət nümunələrinin başqa bir qismi daş məmulatından ibarətdir. Bunların içərisində dəvəgözü daşından çoxlu bıçaqvarı lövhələr, çaxmaq və dəvəgözü daşından düzəldilmiş mikrolit alətlər vardır. Qeyd etməliyik ki, mikrolit alətlərə Zaqafqaziyanın bir sıra eneolit dövrü abidələrində təsadüf olunmuş, onların ayrı-ayrı nümunələri hətta Maykop mədəniyyətinə aid abidələrdən tapılmışdır. Quruçay və Köndələnçay vadisində eneolit dövrü tapıntılarına malik digər abidə Qaraköpəktəpə adlı çoxtəbəqəli qədim yaşayış yeridir. Bu, Günəştəpədən 30 –40 m şərqdə, Köndələnçayın sahilində ucalan konusvarı möhtəşəm təpədən ibarətdir. Çay tərəfdən onun hündürlüyü 50 m-dir. |
7dc0eee53ba94cae | Azərbaycanda eneolit dövrü | Bu hissədə Köndələnçayın sahili dik və uçurumlu olmaqla yaşayış yeri üçün çox qədimlərdən təbii müdafiə səddi rolunu oynamışdı. Təpədən 400–500 m cənubdan axan Quruçayın dərin yatağı isə onu cənub tərəfdən qorumuşdu. Ümumiyyətlə bu yer Quruçayla Köndələnçayın bir-birinə ən çox yaxınlaşdığı yerdir. Yerüstü axtarışlar, eləcə də qazıntılar nəticəsində Qaraköpəktəpədən eneolit dövründən son orta əsrlərədək külli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır. Burada hətta mezolit və neolit dövrlərinin daş alətlərinə oxşar nümunələrə də təsadüf olunmuşdur. Qeyd etməliyik ki, Qaraköpəktəpədə eneolit tapıntıları hələlik yalnız yerüstü axtarışlar nəticəsində aşkara çıxarılmışdır. Bunların da çoxu gil qab qırıqları ilə təmsil olunmuşdur. |
c57a620b8377ebbc | Azərbaycanda eneolit dövrü | Günəştəpə qədim yaşayış yerindən fərqli olaraq bunlar həm saman, həm də qum qatışıqlı gildəndir. Bütün bu qırıqlar əldə hazırlanmış sadə formalı qablara məxsusdur. Onların ağız kənarları adətən düz, oturacaqları aşağı hissədə yanlara çıxıntılıdır. Belə oturacaqlı qablar eneolit dövrü abidələrində geniş yayılmışdır. Yerüstü axtarışlar zamanı Qaraköpəktəpədən çoxlu qədim daş alət də tapılmışdır. Onların müəyyən qismi eneolit dövrünə aiddir. Bunlara, hər şeydən əvvəl, dəvəgözü və çaxmaqdaşından düzəldilmiş bıçaqvarı lövhələr və digər kəsici alətlər daxildir. |
e403f66371dfec1c | Azərbaycanda eneolit dövrü | Ehtimal ki, lövhələr əsasən quraşdırma dişli ibtidai oraqlara məxsus olmuşdur. Onu da ehtimal etmək olar ki, Qaraköpəktəpədən tapılan mikrolit alətlərin də bir qismi bilavasitə eneolit dövründə istehsal edilmiş və işlədilmişdir. Quruçay və Köndələnçay vadisində eneolit dövrünə aid digər yaşayış yerləri, eləcə də yeni tapıntılar Xantəpə və Kültəpə abidələrində aşkar edilmişdir. Qeyd etməliyik ki, ümumiyyətlə vadidə eneolit dövrünün ən maraqlı və böyük elmi əhəmiyyətli tapıntıları Xantəpə qədim yaşayış yerində zahirə çıxarılmışdır. Bu abidə dairəvi təpədən ibarət olmaqla Füzuli şəhərinin cənub-şərq qurtaracağında yerləşir. Onun diametri 120-130, hündürlüyü 8–10 m-dir. Təpədə uzun müddət təsərrüfat işləri aparıldığından onun üstündən və kəsiklərindən külli miqdarda qədim maddi-mədəniyyət nümunəsi toplamaq mümkün olmuşdur. |
d6e0e3286cbc0d1c | Azərbaycanda eneolit dövrü | Bunlar eneolit, ilk və orta tunc dövrlərinə aid olsa da, kəmiyyətcə üstünlük eneolit tapıntılarına məxsusdur. Maraqlıdır ki, həmin tapıntıların qiymətli qismi təpənin torpaq kəsiyində aydın bilinən müvafiq təbəqədən tapılmışdır. Tapıntılar ümumilikdə gil və daş məmulatından ibarətdir. Gil məmulatı başqa abidələrlə olduğu kimi əldə hazırlanmış sadə formalı qablarla təmsil edilmişdir. Onların bir qismi qum qatışıqlı, digər qismi isə saman qatışıqlı gildən hazırlanmışdır. Qum qatışıqlı gildən olan qabların divarları kövrəkdir. Onların bişirilməsi zəif olub, boz və ya qırmızımtıl-boz rənglidir. |
f330fdeea98c3e0c | Azərbaycanda eneolit dövrü | Saman qatışıqlı gildən düzəldilmiş qablar daha keyfiyyətli, səthi adətən əlavə nazik suvaqa malikdir və batıqlarla örtülmüşdür. Çəhrayı və ya açıq qırmızı rənglidirlər. Ayrı-ayrı nümunələrin üzərindən çıxıntı şəklində bəsit qulplar vardır (I tablo). Xantəpənin gil məmulatı içərisində bir ədəd butə diqqəti cəlb edir. Bu, yuvarlaq formalı boz rəngli kiçik qabdan ibarətdir. Qum qatışıqlı gildən hazırlanmış, üzərində od və his izi qalmışdır. Mis əridilməsi üçün istifadə olunmuş bu əşyanın hündürlüyü 3,5 diametri 4 sm-dir. |
132d0d1d67914db3 | Azərbaycanda eneolit dövrü | Təsvir etdiyimiz butə Zaqafqaziyada ən qədim yerli metal əritməsini əks etdirən ilk tapıntıdır. Xantəpədən tapılan eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin ikinci qismini daş məmulatı təşkil edir. Bunların içərisində dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr və üzərində iş izi nəzərə çarpan çoxlu müxtəlif qəlpə də vardır. Burada ibtidai formalı dən daşlarına, sürtkəc və həvəngdəstələrinə də təsadüf olunmuşdur. Xantəpədən bütün bunlardan əlavə bir ədəd də yuvarlaq oturacaqlı daş qabın aşağı hissəsi tapılmışdır. Bu, qalın divarlı və boz rəngdə olub, məsaməli daşdan yonulmuşdur. Bütün bu tapıntılar Xantəpəni oturaq əkinçi yaşayış yeri kimi səciyyələndirərək, burada eradan əvvəl V minillikdə artıq müstəqil metaləritmə işinin də mövcud olduğunu sübut edir. |
7574ff50b68ef9d0 | Azərbaycanda eneolit dövrü | Kültəpə qədim yaşayış yeri də eyni qəbildəndir, O, Quruçay və Köndələnçay vadisinin cənub-şərq qurtaracağında yerləşən çoxtəbəqəli və ən böyük sahəli qədim yaşayış yeridir. Əslində bu yaşayış yerinin olduğu ərazi Araz çayının geniş vadisinə daxildir. Belə ki, Kültəpədən 1,5 2 km şərqdə Araz çayı keçir. Quruçay və Köndələnçay isə məhz burada Arazla qovuşur. Ümumiyyətlə, Quruçay-Köndələnçay vadisindən Şərq ölkələrinə keçid bilavasitə bu yerdən başlanır. Güman etmək olar ki, Kültəpənin belə əlverişli coğrafi-mövqeyi qədim dövrlərdən ona üstünlük vermiş və buranın ən böyük yaşayış yerinə çevrilməsinə səbəb olmuşdur. Kültəpə hazırda belə 4 hektardan artıq sahəni tutur. |
2f533e9b0d25afe8 | Azərbaycanda eneolit dövrü | Planda dördkünc formalı olan bu təpənin hündürlüyü 15 m-ə yaxındır. Kültəpənin şərq tərəfindəki kəsiklərə əsasən onun süni təpə olduğu müəyyənləşdirilmişdir. Onu da qeyd etməliyik ki, Kültəpənin qərb və cənub tərəflərində əkinçilik üçün yararlı geniş düzən sahələr vardır. Arxeoloji axtarışlar zamanı Kültəpədən eneolit, ilk və orta tunc dövrlərinə, tunc dövrünün sonu – dəmir dövrünün əvvəllərinə, eləcə də sonrakı dövrlərə aid külli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır. Eneolit dövrünün tapıntıları əsasən gil məmulatından ibarətdir. Bunlar da öz növbəsində saman qatışıqlı gildən düzəldilmiş ayrı-ayrı qabların qırıqları ilə təmsil olunmuşdur. Qırıqların üzəri nazik gil məhlulu ilə suvanmışdır. |
2e2ac70f2f3a8a57 | Azərbaycanda eneolit dövrü | Bişirildikdən sonra onların səthi açıq qırmızı və ya çəhrayı rəng almışdır. Təsvir etdiyimiz bu qırıqlar düz divarlı kasalara, camlara, çölmək və qazanlara aiddir. Bəzi qırıqlar qalın divarlı olmaqla eyni formalı, lakin iri ölçülü təsərrüfat qablarına məxsusdur. Kültəpədən əldə edilən tapıntılar içərisində müxtəlif daş alətlər də vardır. Onlar qədim əkinçilik təsərrüfatı ilə bağlı olmaqla oraq dişlərindən, dən daşları və sürtkəclərdən, çay daşlarından düzəldilmiş çapacaq və toxalardan ibarətdir. Güman etmək olar ki, bunların müəyyən hissəsi eneolit dövrünə aid əmək alətləridir. Quruçay və Köndələnçay vadisində eneolit dövrü abidələri əsasən yuxarıda qeyd etdiklərimizdən ibarətdir. |
fdc77ba34df17cd1 | Azərbaycanda eneolit dövrü | Gördüyümüz kimi, bu abidələrdən tapılan maddimədəniyyət nümunələri Zaqafqaziya eneolit mədəniyyəti üçün səciyyəvi olan bütün xüsusiyyətləri özündə cəmləşdirmişdir. Bu mədəniyyətə məxsus yaşayış yerləri bir qayda olaraq dağətəyi və düzən yerlərdəki çay sahilində və ya hazırda suyu qurumuş qədim çay vadilərində yerləşmişdir. Belə yaşayış yerlərinin evləri möhrədən və ya çiy kərpicdən tikilmiş dairəvi və dördkünc binalardan ibarət olmuşdur. Arxeoloji tədqiqatlarla müəyyənləşdirilmişdir ki, vaxtı ilə bu yaşayış yerlərində təsərrüfatın əsasını artıq təşəkkül tapmış əkinçilik təşkil etmiş və bu təsərrüfatda dənli bitkilər istehsalı üstün yer tutmuşdu. Əkinçiliyin əsas formasını isə toxa əkinçiliyi təşkil etmişdi. Öyrənilmişdir ki, eneolit dövründə əhalinin iqtisadiyyatında əkinçiliklə yanaşı maldarlıq da əhəmiyyətli yer tutmuşdu. Lakin bu təsərrüfat sahəsi öz inkişaf səviyyəsinə görə hələ oturaq xüsusiyyət daşımışdı. |
967449c0c075acb2 | Azərbaycanda eneolit dövrü | Eneolit dövrünün ən böyük nailiyyətlərindən biri misin kəşfi və bununla əlaqədar ilk metal alətlərin istehsalı ilə bağlı olmuşdu. Bu dövrdə Zaqafqaziyanın, o cümlədən vadinin qədim sakinləri misi əritməyi öyrənmiş və ondan müxtəlif alətlər düzəltməklə öz istehsal fəaliyyətlərini xeyli yüngülləşdirmişdilər. Tədqiqatçılar ilk oturaq əkinçiliklə bağlı eneolit mədəniyyətini yekdilliklə e. ə. V-IV minilliklərə aid edirlər. Eyni zamanda, bu mədəniyyət hələlik Zaqafqaziyanın ən qədim əkinçilik mədəniyyəti hesab olunur. Bununla belə, şübhə yoxdur ki, göstərdiyimiz minilliklərdə artıq yetkin formada olmuş bu mədəniyyətin ilkin kökləri daha qədim dövrlərlə – neolitlə bağlıdır. Təəssüf ki, bu dövr indiyədək Zaqafqaziyanın ən zəif öyrənilmiş dövrü kimi qalmaqda davam edir. Bunun əksinə, eneolitdən sonrakı dövr əkinçilik təsərrüfatının yeni inkişafı və yüksəlişini əks etdirən dövr daha yaxşı öyrənilmişdir. |
283be7e8567db31a | Azərbaycanda eneolit dövrü | [mənbə göstərin] Eneolit yaşayış yerləri Zaqafqaziyada 150-dən artıq Eneolit dövrü yaşayış yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar Eneolit dövründə oturaq qəbilələrin çox geniş əraziyə yayılmasını göstərsə də, Zaqafqaziyada qədim yaşayış yerləri müəyyən rayonlarda, başlıca olaraq Kür çayından cənubda məhsuldar düzənlərdə yerləşir. Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında salınmış yaşayış yerləri az deyil. Çox güman ki, Mil düzü Eneolit dövründə indiki kimi susuz ərazi deyildi, insanların yaşaması üçün orada şərait daha əlverişli olmuşdur. |
88032801562e27e6 | Azərbaycanda eneolit dövrü | Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin mənimsənilməsinə və burada ilk əkinçi mədəniyyətinin inkişafına imkan vermişdir. Muğanda eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay, Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında cəmlənmişdir. Cənubdan Kiçik Qafqaz dağları, şimaldan Kür çayı ilə araya alınmış Gəncə-Qazax düzənliyində eneolit yaşayış yerləri əksər halda düzənliyin orta hissəsində, hazırda qurumuş çay yataqları kənarlarında yerləşirlər. Əkinçi-maldar qəbilələrin tutduğu ərazilər sonralar müəyyən vaxt ərzində boş qalmış və ya az məskunlaşmışdır. Bu rayonlarda eneolit dövrünün sonlarında yaşayışın kəsilməsi, ehtimal ki, quraqlıq dövrünün başlanması və axar suların quruması ilə bağlı idi. Azərbaycanın eneolit yaşayış yerləri adətən kiçik olub, orta hesabla 0,5 ha sahəni tutur, ancaq nisbətən iri (2-4 ha) sahəli abidələr də vardır. Ən qalın mədəni təbəqəyə malik yaşayış yerlərinin hündürlüyü 10 metrdən artıq deyil. Bir qayda olaraq bütün yaşayış yerlərində tikintilər çox sıxdır. |
9455065656970429 | Azərbaycanda eneolit dövrü | Qarqartəpəsi yaşayış yerində tikintilərin birinin divarları ağardılmışdır. Gəncə-Qazax və Qarabağ düzlərinin yaşayış yerlərindən fərqli olaraq Naxçıvanda Kültəpə yaşayış yerinin eneolit dövrü təbəqəsində möhrə divarlar gil palçıqla bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Urmiya gölü sahilində Göytəpə eneolit yaşayış yerində kərpic divarlar daş bünövrə üzərində qurulmuşdur. Urmiya gölü rayonunda çiy kərpic memarlığında Zaqafqaziyadan fərqli başqa tikinti ənənəsi yayılmışdır. Burada bütün tikililər düzbucaqlı formadadır. Belə tikililər Muğanda Əliköməktəpə yaşayış yerində çoxdur və Azərbaycanın Uımiyaətrafı rayonunun memarlığına yaxındır. Məsələn, Əliköməktəpə yaşayış yerində evlər düzbucaqlı formada, iki-üç otaqdan ibarətdir, evlərə adətən kiçikhəcmli dördkünc kameralar birləşir. |
76e41b704885a4cc | Azərbaycanda eneolit dövrü | Belə tikintilər vahid təsərrüfatməişət kompleksi təşkil edirdi. Evlərin divarları iki cərgə kərpicdən hörülürdü. Bu yaşayış yerinin yalnız tək-tək tikintiləri dairəvi plana malik idi. Burada həm də bir dairəvi planlı qazma otaq var idi. Onun ağardılmış divarında boya ilə çəkilmiş həndəsi nəqşin izləri qalmışdır.Naxçıvan ərazisində Kültəpə yaşayış yerinin eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir. Son dövrdə böyük ölçüdə inşa edilən tikinti divarlarının qalınlığı 1 m-ə çatırdı.Qarabağ düzənliyində Çalağantəpə və İlanlıtəpə yaşayış yerləri məsafəcə yaxın və oxşar mədəniyyətə mənsub olsalar da, memarlıq xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Çalağantəpədə bütün tikintilər dairəvi planda bir cərgə kərpicdən hörülmüş, bəzən də daxildən ağardılmış və boya ilə naxışlanmışdır. İlanlıtəpədə tikintilər əsasən düzplanlı olsa da, orada dairəvi və yarımdairəvi planlı tikililər də olmuşdur. |
03853174f37d6ead | Azərbaycanda eneolit dövrü | Tikililərin döşəmələrinə bəzən boya qatılmış gil suvaq çəkilmiş, divarlarda boya ilə naxış vurulması qeydə alınmışdır. Orada gipslə suvanmış sahələrə də rast gəlinmişdir. Ağdam rayonunda Xındırıstan kəndi yaxınlığında Leylatəpə yaşayış yerinin sakinləri çiy kərpicdən yalnız düzplanlı evlər və təsərrüfat binaları tikirdilər. Qərbi Azərbaycanın və onunla qonşu Gürcüstan rayonlarının erkən əkinçi yaşayış yerlərində bir cərgə kərpicdən hörülmüş dairəvi planlı tikililər əsas yer tuturdu.Beləliklə, Eneolit dövründə Azərbaycan ərazisində həm dairəvi və həm də düzplanlı yaşayış evləri və təsərrüfat tikililəri inşa edilirdi. Əgər bəzi rayonlarda dairəvi planlı, başqalarında düzplanlı tikililər üstünlük təşkil edirdisə, üçüncülərdə hər iki tikinti forması eyni vaxtda mövcud olmuşdur. Mərkəzi Zaqafqaziyada dairəvi planlı memarlıq Kür çayından Araza qədər geniş yayıldığı halda, Muğan və Urmiya vilayətlərində əsasən düzplanlı evlər inşa olunmuşdur. Kür-Araz mədəniyyəti Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir. |
1e6bf9035dde7b25 | Azərbaycanda eneolit dövrü | Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir. İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. |
922eed46c59e2169 | Azərbaycanda eneolit dövrü | Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə, gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir. Kür-Araz mədəniyyətinin yayılma arealı və xronologiyası K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin əsərində geniş şəkildə nəzərdən keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci mərhələni e.ə. 3000-2700, ikinci mərhələni e.ə. 2700- 2300, üçüncü mərhələni e.ə. 2300-2000 –ci illərə aid etmişlər. Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. |
79df80965c84dcc6 | Azərbaycanda eneolit dövrü | III minilliyə, daha sonra isə e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş və buna uyğun olaraq, birinci mərhələni e.ə. 3200-2800, ikincini e.ə. 2800-2600, üçüncünü isə e.ə. 2600-2300- cü illərə aid etmişdir. Son illər qafqazşünas arxeoloqlar Kür-Araz mədəniyyətini e.ə. |
d4639a04367fbbc2 | Azərbaycanda eneolit dövrü | IV minilliyin sonu və üçüncü minilliyin ortaları ilə tarixləndirməyə meyillidirlər.Azərbaycanda, xüsusilə Naxçıvanda yerləşən Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, bu mədəniyyətin tarixləndirilməsi üçün yeni faktlar ortaya çıxarmışdır. Bu dəlillər Kür-Araz mədəniyyətinin Azərbaycanda daha qədim tarixə malik olduğunu göstərir. Kür-Araz mədəniyyətinin Azərbaycanda qədim tarixə malik olması fikri, vaxtı ilə O.H.Həbibullayev tərəfindən söylənmişdir. O, Kültəpənin İlk Tunc dövrü təbəqəsini iki mərhələyə bölərək, ilk mərhələnin olmadığını qeyd etmişdir. Bu zaman tədqiqatçı I Kültəpədə Eneolit və Kür-Araz təbəqələri arasındakı steril layın olmasına əsaslanmışdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu iki təbəqə arasında böyük kəsinti olmamışdır. Q.S.İsmayılov Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. |
a0d8b1fabc83714e | Azərbaycanda eneolit dövrü | IV minilliyin sonuna aid etmiş və daha erkən mərhələnin ola biləcəyi ehtimalını irəli sürmüşdü.Tədqiqatçıların bu fikri Kür-Araz mədəniyyətinin inkişaf etmiş formada ortaya çıxması ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, bu inkişaf səviyyəsi Eneolit mədəniyyətinin uzunmüddətli tərəqqisi sayəsində yaranmışdır. Son illərin tədqiqatları, xüsusilə I Kültəpənin alt laylarında Kür-Araz keramikasına Eneolit keramikası ilə birlikdə rast gəlinməsi bu mədəniyyətin ilk mərhələsini xarakterizə etməyə imkan verir.Demək olar ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsi II Kültəpədə bütövlükdə əks olunmuşdur. Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin başlıca kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və mədəniyyətin inkişafındakı dəyişiklikləri daha aydın əks etdirən keramika, xüsusilə gil qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli xarakteristikasında özünü aydın göstərir. Yuxarıda qeyd edildiyi kimi, birinci mərhələyə aid bir sıra materiallar, xüsusilə gil qablar öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Bu mərhələnin qədimliyi həm də aşkar olunan metal əşyaların arxaik forması ilə təsdiq edilir. |
47d41b5db75c8415 | Azərbaycanda eneolit dövrü | Belə ki, I Kültəpədə aşkar olunan iskənə tipli alətin, həmçinin II Kültəpənin alt laylarından əldə edilən bıçağın bənzərləri indiyədək Cənubi Qafqaz abidələrindən bəlli deyil. I Kültəpənin XII tikinti qatından 8,5 m dərinlikdən götürülmüş kömürün analizi e.ə. 2920 + 90-cı ili göstərmişdir. Bu səviyyədən aşağıdakı 4 m qalınlığında olan mədəni təbəqədə tikinti qatlarının olduğu müəyyən edilmişdir. Buna görə də, I Kültəpənin alt qatlarını e.ə. IV minilliyin ikinci yarısına aid etmək olar. Fikrimizcə, I Kültəpənin alt qatları Kür- Araz mədəniyyətinin ilk mərhələsinə aiddir. |
f6dc8083ae6aaebe | Azərbaycanda eneolit dövrü | Bu mərhələyə, həmçinin I Kültəpə, I Kültəpənin sonuncu mərhələyə aid 3 m qalınlığındakı təbəqəsindən iki tikinti qatı, II Kültəpədə isə altı tikinti qatı aşkar edilmişdir. Qeyd edildiyi kimi, bu mərhələnin keramikası Urmiya hövzəsi, Quruçay və Göndələnçay hövzəsinin materialları ilə bənzərlik təşkil edir. Gil məmulatının bəzi nümunələri öz bənzərlərini Amiranisqora, Kvaçxelebi, Xizanaantqora və Şenqavitdə tapır. Bu baxımdan II Kültəpənin üst qatlarından aşkar olunan kasalar, Araqaçın daş qutu qəbirlərinin materialları ilə bənzərlik təşkil edir. Belə bənzəyiş Şenqavitdə də izlənir.Bəlli olduğu kimi, bu abidələr Erkən Tuncla Orta tunc dövrünün qovşağında yerləşir. Kür-Araz mədəniyyətinin son dövrü Qobustanda da izlənir. Lakin bu mərhələnin sonu üçün xarakterik materiallar Yanıqtəpədən məlumdur. |
33bd8df3407a3e14 | Azərbaycanda eneolit dövrü | Kür-Araz mədəniyyətinin son mərhələsini əks etdirən Şenqavit yaşayış yerinin üst qatlarından götürülmüş kömürün analizi e.ə. 2020 + 80-ci ili göstərmişdir. Bu, Kür-Araz mədəniyyətinin Orta Tunc dövründə də davam etdiyini göstərir. Həmçinin tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyəti bir qrup abidələrdə davam etdiyi halda, digərlərində kəsilmişdir. Bizim fikrimizə görə, bu, Kür Araz mədəniyyətini əvəz edən Orta tunc dövrü mədəniyyətinin yayılması ilə bağlı olmuşdur. Deyilənlər, Naxçıvan və Urmiya hövzəsi abidələrində daha yaxşı izlənmişdir. Bu regionda Orta tunc dövrünün ilk mərhələsi boyalı qabların yayılması ilə xarakterikdir. |
5933bfdfffe80462 | Azərbaycanda eneolit dövrü | Bu mədəniyyət isə Cənubi Qafqaz abidələrində eyni şəkildə yayılmamışdır. Bu barədə növbəti başlıqda geniş məlumat veriləcəkdir.Araşdırmalara əsaslanaraq, Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini e.ə. 2600-2300-cü illərə aid etmək olar. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra abidələrində Kür-Araz təbəqəsi aşağıdan Enolit, yuxarıdan isə Orta Tunc dövrü təbəqəsi ilə məhdudlaşır. Şübhəsiz ki, bu fakt Kür-Araz mədəniyyətinin tarixləndirilməsinin Eneolit və Orta Tunc dövrü mədəniyyəti ilə bağlı olduğunu göstərir. Qafqazşünas arxeoloqlar Orta Tunc dövrü mədəniyyətinin ilk mərhələsini e.ə. III minilliyin ortaları və ikinci yarısı ilə tarixləndirməyə meyl edirlər.Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün ərazisində eyni şəkildə yayılmamışdır. |
fbb3f2482b5d5db7 | Azərbaycanda eneolit dövrü | Fikrimizcə, bu mədəniyyətin erkən meydana çıxdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur. İlk mərhələdə Kür- Araz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və Gəncə-Qazax zonasını da əhatə etmişdir. Azərbaycanın əlverişli təbii şəraiti istehsal təsərrüfatına yiyələnmiş düzən rayonların sakinlərinə davamlı oturaq həyat tərzi keçirməyə imkan verirdi. Eneolit yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə əlaqədar materiallar əldə edilmişdir. Buraya, hər şeydən əvvəl, torpağın becərilməsi, taxılın biçilməsi və dənin döyülməsində istifadə edilən alətlər və həm də kömürləşmiş taxıl dənləri daxildir. Əkinçilik məhsulları saxlanılan xüsusi tikililər də aşkar edilmişdir. Çalağantəpədə kərpicdən hörülmüş anbarlardan birində çoxlu miqdarda yanıb kömürləşmiş buğda və arpa tapılmışdır. |
c0d77f3c0ea4b0ff | Azərbaycanda eneolit dövrü | Azərbaycan sakinləri yumşaq və bərk buğda, mədəni ikicərgəli və çoxcərgəli arpa, həm də iki cərgəli yabanı arpa becərirdilər. Tək-tək çovdar dəninə də rast gəlinmişdir. Şomutəpə yaşayış yerindən Azərbaycanda ən qədim üzüm çəyirdəyi tapılmışdır. Eneolit dövründə iqlim dəmyə əkinçiliyi üçün indikindən daha yararlı idi. Bununla belə düzən ərazisində oturaq həyat tərzi başlanan dövrdən oranın əhalisi su arxları çəkmək və tarlaları suvarmaq üsuluna bələd idilər. Qədim əkinçilərin yerqazma, şumlama aləti toxa olmuşdur. Toxalar maral buynuzundan, iribuynuzlu heyvanların qıç və kürək sümüyündən düzəldilirdi. |
97ac2cb09fa8da6e | Azərbaycanda eneolit dövrü | Şərqi Zaqafqaziyanın, xüsusən Gəncə-Qazax düzənliyinin erkən əkinçilik məskənlərindən çoxlu miqdarda toxanın tapılması eneolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. O vaxt xış hələ məlum deyildi. Ön Asiya ölkələrində, o cümlədən Mesopotamiyada da eramızdan əvvəl IV minilliyə qədər xışdan istifadə olunmurdu. Öyrəndiyimiz dövrün biçin alətləri yaxşı məlumdur. Onlar başlıca olaraq yığma oraqlardan ibarət idi. Oraqların dəstəyi və işlək hissəsi bütöv bir ağac qələmindən düzəldilirdi. Onun bir ucunda əl yeri qoymaqla qalan hissədə novçavari yarıq açaraq oraya çaxmaq və ya dəvəgözü daşından lövhə dişlər düzülürdü. Dişlər ağac oraqlara qatran vasitəsilə bərkidilirdi. |
727c4c7871abd708 | Azərbaycanda eneolit dövrü | Başqa cür oraqlar da məlumdur. Məsələn, Şomutəpədə öküzün çənə sümüyündən, Naxçıvan Kültəpəsində isə buynuzdan düzəldilmiş oraq tapılmışdır. Məlum olan ən qədim biçin alətləri içərisində Muğanda Əliköməktəpə yaşayış yerində öküzün kürək sümüyündən düzəldilmiş oraqlar da vardır. Onların mişarvari düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir. Eneolit dövrü yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə bağlı olan xeyli daş həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar. Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da böyük rolu olmuşdur. |
1731cc65f4deea00 | Azərbaycanda eneolit dövrü | Yaşayış yerlərində bəzən topa şəklində çoxlu heyvan sümüklərinə təsadüf edilmişdir. Əliköməktəpə yaşayış yerində bir sümük topasında öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli başqa sümükləri var idi. Həmin dövrdə yerli əhalinin heyvan sürülərində müxtəlif cins öküz və qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. Ev heyvanları içərisində donuz da var idi. Bəzi yaşayış yerlərinin, məsələn, Çalağantəpənin osteoloji materiallarına görə o, heyvandarlıqda hətta əsas yerlərdən birini tuturdu. Yalnız Muğanda Əliköməktəpə yaşayış yerində ev atının sümükləri tapılmışdır. Bu, nəinki Qafqazda, hətta bütün Avrasiyada ev atı haqqında ən qədim məlumatdır. Muğan düzü dünyada ev atının istifadə edildiyi ən qədim yaşayış yerlərindən biri olmuşdur. Eneolit dövründə ev heyvanlarını başlıca olaraq ət məhsulu əldə etmək üçün saxlayırdılar. |
e44b0a8974db6243 | Azərbaycanda eneolit dövrü | Ətraf mühitdən əlavə qida məhsulları almaq bu dövrdən insanların yardımçı peşələrindən birinə çevrilir. Bu məqsədlə əhali ceyran, quş, balıq və su quşları ovlayırdı. Azərbaycanın eneolit qəbilələrinin süd məhsulları, o cümlədən yağ hazırlamasını göstərən birbaşa dəlillər olmasa da, onların bəzi süd məhsulları istehsalından xəbərdar olmasını güman etmək olar. Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü qəbilələrinin təsərrüfatının əsasını artıq inkişaf etmiş əkinçilik və maldarlıq təşkil edirdi. Ev sənətkarlığı Eneolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal sahələri inkişaf edir. Burma və cilalanma texnikası tətbiq olunur. |
2fdd0d8e9312b5c9 | Azərbaycanda eneolit dövrü | Ağacişləmə sənətinin inkişafı ilə əlaqədar daş baltaların cilalanması və itilənməsi geniş yayılır. Daş baltalar vasitəsilə toxa və bir çox başqa alətlərə sap hazırlanırdı. Daş toppuzların cilalanması və onlarda dəstək yerinin deşilməsi təcrübə və ustalıq vərdişi tələb edirdi. Ağstafanın Aşağı Göycəli kəndində Töyrətəpə eneolit yaşayış yerində bir otaqda döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı tapılmışdır. Oradaca doqquz sümük toxa, maral buynuzundan ikideşikli boru, sümük qaşıq, beşdişli oraq, iki dən daşı və qaşıqvari sümük əşya var idi. Bu otaq, çox güman ki, sümük və başqa məmulat hazırlanan emalatxana olmuşdur. Dəri işləmə və dəri məmulatı hazırlama peşəsi də inkişaf etməkdə idi. Bir qayda olaraq dövrün yaşayış yerlərində külli miqdarda sümük bizlər tapılır. |
bc1dde0f114a9269 | Azərbaycanda eneolit dövrü | Bunlar isə dəridən paltar, ayaqqabı və başqa əşyaların geniş istehsalını sübut edir. Əliköməktəpədən tapılan boğazlı çəkmə formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə imkan verir. Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına və çox zərif parça izlərinə rast gəlinmişdir. Eneolit dövrü əhalisi daha çox qamışdan həsir, səbət və başqa məmulat hazırlayırdı. Evlərin döşəmələrində tez-tez həsir qalıqlarına rast gəlinir. Bəzən ölülərin də həsirə bükülməsi halları müşahidə olunmuşdur. Oturacaqlarında toxuma izləri qalmış gil qablara AZərbaycanın bir sıra rayonlarında rast gəlinmişdir. |
da37ddd1af8cbcfa | Azərbaycanda eneolit dövrü | İstehsaledici təsərrüfatın yaranma və inkişafı dövründə ev sənətkarlığında dulusçuluq xüsusi yer tuturdu. Əhalinin artmaqda olan tələbatı gil qab istehsalını çoxaltmaq zərurətini doğururdu, bu isə təbii olaraq xüsusi dulus kürələrinin hazırlanmasına səbəb olurdu. Belə kürələrin qalıqları I Kültəpədə, Şomutəpədə, İlanlıtəpədə, Əliköməktəpədə, Çalağantəpədə aşkar olunmuşdur.İkiyaruslu kürələrin varlığı da müəyyən edilmişdir.Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda isə gil qablar qoyulurdu. Yanacaq kamerasının külfələri və damındakı gözlər vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq, həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi. Qablar əldə hazırlanırdı, formaca onlar məhdud, əsasən, qalındivarlı, kobud işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. |
ae5db97e0ab17fba | Azərbaycanda eneolit dövrü | Yalnız Əliköməktəpə yaşayış yerində adi qulpları olan kuzələr əldə edilmişdir. Şərqi Zaqafqaziya dulusçuluq sənətində iki müstəqil zonaya ayrılır. Onlardan biri Kür vadisini, onun orta axınını, o biri isə cənub düzən rayonlarını əhatə edir. Kür vadisinin qabları bir qayda olaraq qısa dabanlı, rəngləri tutqun, qonur, üzərləri yüngülcə sığallı və yapma konusvari, qabarıq yapma xətlər və fiqurlarla bəzədilmişdir. Gilin tərkibinə qum, daş və saxsı xəkəsi qatılmışdır. Zaqafqaziyanın cənub rayonlarının saxsı məmulatı isə geniş oturacaqlı, açıq qırmızı rəngli, gilində bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən yapma bəzəklərə rast gəlinir. |
b69530f990809e3e | Azərbaycanda eneolit dövrü | Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin dulusçuları yüksək ustalığa nail olub, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz yaşayış yerindən əldə edilmişdir. Eramızdan əvvəl IV minilliyin birinci yarısında gil qabların hazırlanmasında fırlanan primitiv dəzgahdan istifadə olunması Azərbaycanın dulusçu sənətkarlığında tamamilə yeni mərhələ idi. Qablar yüksək keyfiyyəti, çox müxtəlifliyi ilə seçilir. Ağdam rayonunda Leylatəpə yaşayış yerindən alınan məlumata görə, bu dövrün qabları dairəvi planlı ikiyaruslu dulus kürələrində bişirilirdi. Eneolit dövrünün daha qədim yaşayış yerlərinin dulus kürələri isə uzunsov oval formada olmuşdur. |
a148eba2a2896c47 | Azərbaycanda eneolit dövrü | Zaqafqaziyanın Eneolit dövrü əhalisinin metalla tanışlığı barədə tapılmış mis əşyalara görə mühakimə yürütmək olar. Qazax rayonunun Qarğalartəpəsi yaşayış yerindən mis lövhədən hazırlanmış muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir. Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki muncuq və üç naməlum əşya qırığı əldə edilmişdir. Leylatəpə yaşayış yerindən isə daha çox metal, o cümlədən mismərgmüşnikel qatışıqlı əşya, ən başlıcası isə, Qafqazda metal əritməyə aid ən qədim maddi qalıqlar tapılmışdır. Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön Asiyanın qonşu rayonları ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. |
a3a2814c2b00f0d9 | Azərbaycanda eneolit dövrü | Mərkəzi Zaqafqaziyanın ən qədim yaşayış yerlərində dairəvi planlı kərpic tikililər inşaatda ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş, yayılmışdır. Dairəvi planlı çiy kərpic memarlığını Yaxın Şərqdə yayan Xalaf mədəniyyəti qəbilələri olmuşdur. Xalaf qəbilələrinin tarix səhnəsinə çıxması ilə Ön Asiyada əlaqələr, etnomədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir. Zaqafqaziyanın, o cümlədən Azərbaycanın eneolit qəbilələrinin dairəvi planlı tikililəri ilə Xalaf qəbilələri tikililəri arasındakı münasibəti konkret izah etmək çətindir. Ancaq güman etmək olar ki, həmin regionların inşaatında yeni formalı tikililərin geniş yayılması müəyyən qarşılıqlı əlaqələrin nəticəsində mümkün olmuşdur. Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün Eneolit dövrü ərzində olmuşdur. |
b0921af25a45c59e | Azərbaycanda eneolit dövrü | Belə ki, Naxçıvanın Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmayıbdır. Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Obeyd qəbilələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı Leylatəpədə memarlıq formaları, dulusçuluq kürələri, dulus məmulatı bu ərazidə əsrlərlə davam edən yerli mədəniyyətdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər (iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali Mesopotamiyanın, məsələn, 3-cü Yarımtəpə Obeyd yaşayış yerində eyni ilə təkrar olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri qoymur. |
d69417920c63f8b1 | Azərbaycanda eneolit dövrü | Eneolit dövründə əlaqələrin istiqaməti tək Mesopotamiya ilə bitmirdi. Arxeoloji materiallar Azərbaycanın şərq və cənub vilayətlərlə əlaqələrini müəyyənləşdirməyə imkan verir. Bu cəhətdən bəzək əşyalarının xüsusi əhəmiyyəti vardır. Kültəpə və Çalağantəpə qəbirlərində bəzi daş növlərindən hazırlanmış muncuqlar, şəksiz, buraya gətirilmədir. Firuzə daşından muncuqlar bu qəbildəndir. Firuzə daşı qədimdə Əfqanıstan və Şərqi İrandan Ön Asiyanın bir çox rayonlarına yayılırdı. Kültəpə, Çalağantəpə və başqa yaşayış yerlərinin sakinləri sümükdən və daşdan bəzək hazırlama məharətinə malik idilər. |
73797dcdcce61508 | Azərbaycanda eneolit dövrü | Ancaq bəzi qəbirlərdən mindən artıq muncuğun tapılması onların qonşu ölkələrdən mübadilə məqsədi üçün gətirilməsini söyləməyə əsas verir. Çalağantəpədə bir uşaq qəbrindən tapılan iki mindən artıq muncuğun 1580 ədədi sədəfdən düzəldilmişdir. Başqa qəbirlərdə də belə, həm də qara, boz rəngli bərk daşdan çox zərif işlənmiş cilalı muncuqlara rast gəlinmişdir. Görünür, harada isə cənubda, dənizsahili rayonlarda mübadilə üçün sədəfdən külli miqdarda muncuq hazırlanırmış. Eneolitin son dövründə Azərbaycan qəbilələri Ön Asiyanın qonşu rayonlarının əhalisi ilə nisbətən intensiv əlaqələrdə olmuşdur. Mövcud əlaqələr bəzən Mesopotamiyadan Azərbaycana ayrı-ayrı qəbilə qruplarının köçməsinə gətirib çıxarırdı. İctimai münasibətlər İbtidai icma quruluşunun, o cümlədən erkən əkinçilik dövrünün əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edirdi. |
8bd8ec7c1f917680 | Azərbaycanda eneolit dövrü | Azərbaycanda erkən əkinçi cəmiyyətinin quruluşunu aydınlaşdırmaq üçün əsasən arxeoloji dəlillərə, o cümlədən məişət və dəfn abidələrinə müraciət edilir. Dövrün yaşayış məskənləri təsərrüfat-məişət komplekslərindən ibarət tikililərin sıxlığı ilə səciyyələnir. Yaşayış otağı, ərzaq anbarı və həyətyanı sahələrdən ibarət belə komplekslər arakəsmə, kərpic divarlarla bir-birindən ayrılır. Bu komplekslər sosial-iqtisadi inkişafın müəyyən mərhələsində yaranır. Görünür, onlar cüt nikah əsasında qurulmuş ailə ilə bağlıdır. Belə ailə özünün mənzil, anbar və həyətyanı sahəsini ayırmaq labüdlüyünü doğurur. Belə cüt nikah ailələr həmin dövrün cəmiyyətinin ictimai əsasını təşkil edirdi. |
6bff0cc9a2b57036 | Azərbaycanda eneolit dövrü | Bir neçə ailə təsərrüfatla birgə məşğul olur: taxıl tarlaları,mal-qara və otlaqlar icmanın himayəsində idi. Birgə görülən iş və birgə istifadə olunan hər şey ümumi mülkiyyəti təşkil edirdi. Lakin kollektiv təsərrüfatın məhsulu beş-yeddi üzvdən ibarət ailələr arasında illik pay kimi bölünürdü. Ailədə kişi rəhbərliyi özünə mövqe qazanır. Bununla belə, erkən əkinçilik cəmiyyətində qadının hörməti və xüsusi mövqeyi var idi. Zaqafqaziyanın eneolit məskənlərindən yalnız bəziləri nisbətən böyük sahəyə malikdir. Onlarda sayca çox olan kollektiv yaşayırdı. Görünür, belə kollektivləri başında ağsaqqallar şurası duran icma təşkilatı idarə edirdi. Onun təsir dairəsində məhdud ərazidə iri məskənlər ətrafında yerləşən bir neçə əkinçi məntəqəsinin daxil olması ehtimalını söyləmək olar. |
41fa123a429372db | Azərbaycanda eneolit dövrü | Erkən əkinçilərin dəfn abidələri sosial ayrılmaların zəif mərhələsini əks etdirir. Ancaq ərazisi Kültəpə və Çalağantəpə yaşayış yerlərində tədqiq olunan bəzi qəbirlərdə nisbətən zəngin materiallara rast gəlinmişdir. Erkən əkinçilik mədəniyyətinin inkişafı dövründə daş toppuzların yayılması diqqəti cəlb edir. Zaqafqaziyada onlar həm yaşayış yerlərinin materialı içərisində, həm də tək-tək qəbirlərdə tapılmışdır. Xüsusi daş növlərindən hazırlanmış və səylə cilalanmış bu əşyalar hakimiyyət rəmzi kimi görünür, ağsaqqal və ya nəsil başçılarına mənsub olmuşdur. Yerli cəmiyyətin ictimai həyatında nəzərə çarpan mürəkkəbləşmə sonrakı, İlk Tunc dövründə baş verir - patriarxal münasibətlər möhkəmlənir, hakimiyyət qəbilə başçılarının əlində cəmləşir. Ayinlər, etiqad Dəfn adətləri, heyvanların əhliləşdirilməsi, dənli bitkilərin becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində bu dövrdə ibtidai insanın dərketmə qabiliyyəti xeyli artır – və yeni ayinlər yaranır, dil zənginləşir, insanların təsəvvürləri xeyli mürəkkəbləşir. |
c52891bc262f3711 | Azərbaycanda eneolit dövrü | Dini adətdə, əvvəllər olduğu kimi, əcdadlara pərəstiş mühüm yer tuturdu. Erkən əkinçi qəbilələrin çoxunda, o cümlədən Azərbaycanda ölünü bilavasitə yaşayış yerləri ərazisində dəfnetmə adəti yayılmışdı. Tədqiqatçılar adətən onu yenidən doğulma, həyata qayıtma ideyası, son nəticədə məhsuldarlıq, ailə və nəsil artımı ilə səsləşən ideya ilə bağlayırlar. Ola bilsin ki, bu ideya zəminində ölülərin üzərinə qırmızı boya tozu (oxra) səpmək adəti meydana gəlmişdi. Yaşayış yerlərində ölülər basdırılarkən həsirə bükülür, qəbir çuxuruna gil suvaq çəkilirdi. Yaşayarkən malik olduqları bəzək əşyalarına toxunulmur, qəbirə qoyulurdu. Axirət dünyasına inamla əlaqədar olaraq qəbirə gil qablar, əmək alətləri və başqa əşyalar da qoyulurdu. |
339c8b63134dc466 | Azərbaycanda eneolit dövrü | Ölülər tək, bükülü vəziyyətdə, bəzən isə bir neçəsi birlikdə dəfn olunurdu. Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik, insanlarda magik vasitələrə (lənət və s.), müxtəlif dini aktlara (yalvarma, dua) müraciət etmək tələbatını doğururdu. Əliköməktəpə yaşayış yerində divarı gillə suvanmış və ağardılmış tikilini ibadətgah hesab etmək olar. Ağardılmış divara boya ilə naxış vurulmuşdur. Divarı ağardılmış və boya ilə naxış vurulmuş bina Çalağantəpə yaşayış yerində də aşkar olunmuşdur. Azərbaycanın yaşayış məskənlərində təsadüf olunan qaralmış hisli daşların magiya ilə əlaqəsi olduğunu güman etmək olar. |
e4dbce079c3a9b74 | Azərbaycanda eneolit dövrü | Qarğalartəpəsi yaşayış yerində belə daşlara təklikdə və koma halında rast gəlinmişdir. Burada gildən xüsusi düzəldilmiş, diametri 0,7 m olan təknəvari bir çuxurda 250 ədəd hisli daş qalağı aşkar olunmuşdur. Çuxura ot yığıb yandırdıqdan sonra daşlar qəsdən oraya atılmışdır. Çuxurun dibi yanıq qatla örtülü idi. Burada quraqlığa qarşı, onu mülayimləşdirmək niyyətini güdən və yağışı çağıran ayinlə əlaqədar aparılmış mərasimin qalıqlarını görürük. Azərbaycanın yaşayış yerlərində insan surətini əks etdiren fiqurlar erkən əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. Yanıqtəpədə daşdan düzəldilmiş insan fiqurunun rənglənmiş baş hissəsi tapılmışdır. |
79f47091991aa022 | Azərbaycanda eneolit dövrü | Onun gözü qara rənglə göstərilmişdir. Hacı Firuzdan gil qadın fiquru və başqa insan fiquru hissələri əldə edilmişdir. Demək olar ki, məlum olan bütün antropomorf fiqurlar qadına aid olub məhsuldarlıq ideyasını təcəssüm etdirirlər. Çalağantəpədən tapılan fiqurlar çox təmtəraqlı bəzədilmişdir. Onlarda boyunbağı, qurşaq kəmərləri, saç hörüklər fiqurların qadına mənsub olduğunu söyləməyə əsas verir. Fiqurlar yarımboydur, qol və qıçları verilməmişdir. Qarğalartəpəsi fiqurunda yuxarıdan aşağı qadın hörüklərini əks etdirən dalğavari xətlər uzanır. |
5193c16a7e937889 | Azərbaycanda eneolit dövrü | Belə xətlər üfüqi istiqamətdə qıçlar üzərində çəkilmişdir. Etnoqrafiyadan məlumdur ki, qadınlar məhsulu təbii fəlakətdən xilas etmək niyyəti ilə saçlarını tökərək cadugərlik vasitələrinə əl atırlar; görünür, burada yağış çağırmaq əqidəsi özünü göstərir. Örnəklərin məhdudluğuna baxmayaraq, onlar Azərbaycanın qədim əkinçimaldar əhalisinin ideoloji təsəvvürlərinin müxtəlifliyi haqqında mülahizə yaradır. Azərbaycanda eneolit dövrü Azərbaycan dilində İqrar Əliyev. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. |
9d8e5f2a778db6f3 | Azərbaycanda eneolit dövrü | Ə.Haqverdiyev. Seçilmiş əsərləri, ll c. B., 1957. Həbibullayev O. Kültəpədə arxeoloji qazıntılar. Azərbaycan SSR EA nəşriyyatı, Bakı: 1959, 134 s. Bünyadov T. Ə. Azərbaycan arxeologiyası oçerkləri. Bakı: 1960, 263 s. Əliyev V. H. Həbibullayev O.H. Naxçıvanda yeni arxeoloji tapıntılar. Azərbaycan SSR EA məruzələri. |
bb618a98662f6c37 | Azərbaycanda eneolit dövrü | Bakı: 1969, № 8, s. 94-102 Azərbaycan incəsənəti. B., “Maarif”, 1977 Bünyadov, Z. və Yusifov, Y. (1994) "Azərbacan Tarixi (ən qədim zamanlardan XX əsrədək)", Azərnəşr, Bakı, I cild, səh. 59-60 Qüdrət İsmayılov, "Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri", "Elm" – nəşriyyatı – Bakı – 1981 Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. B., “Yazıçı”, 1982. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., “Yazıçı”, 1983. |
3791be6f6e0e908b | Azərbaycanda eneolit dövrü | VII-II minillikdə. Bakı: Elm, 2003, 339 s. Seyidov A.Q. Həşimova Ə. M. Naxçıvanın qədim metalı. Bakı: Elm, 2005, 315 s. Ağasıoğlu F. Tanrı elçisi İbrahim. B., 2007. Baxşəliyev V. B. Azərbaycan arxeologiyası. (Ali məktəblər üçün vəsait). |
309c5e32bb87a0cf | Azərbaycanda eneolit dövrü | Bakı: Elm, 2007, 240 s. Beynəlxalq arxeoloji tədqiqatların nəticələri // “Xalq qəzeti”.-2009.-21 aprel.-N 84.-S.5. Türk dilində Ahmet Cavat. Alfabenin menşeyi en eski türk yazısıdır. İstanbul, 1933. Rus dilində Xarici keçidlər Azərbaycan tarixi.Daş dövrü Azərbaycan tarixi.İlk tayfa birlikləri və erkən dövlət qurumları Həmçinin bax Quruçay mədəniyyəti Aşel mədəniyyəti Azərbaycan arxeologiyası Azıx mağarası |
b3947af2a05b935e | Parasetamol | Parasetamol (asetaminofen) - ağrıkəsici, temperatursalıcı təsirə malik bir dərman preparatıdır. Parasetamol ağızdan qəbul olunduğu zaman həzm sistemi tərəfindən sürətlə həzm olunur. Preparat qəbul edildikdən 30-60 dəqiqə sonra maksimal qan plazması konsentrasiyalarına çatır. Parasetamol bütün toxumalara sürətlə yayılır. Plazma zülallarına bağlanması zəifdir. |
aae4678be77fd82f | İqbal Ağazadə | İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib. [mənbə göstərin] Evlidir, 2 övladı var. |
c58dab1f9b6cc530 | İqbal Ağazadə | Siyasi fəaliyyəti Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub. 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd olsa da seçilə bilməyib. Partiya fəaliyyəti 1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. |
b4d7449030f57898 | İqbal Ağazadə | İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir. Şəxsi həyatı 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. Ümid Partiyası adından verilən açıqlamada Əliyevin Azərbaycan və Azərbaycan xalqı adına "ən düzgün seçim" olduğu qeyd edilmişdir. Azərbaycanın Milli Məclisi |
4bcf4483054c7e49 | Oğlaq (astrologiya) | Oğlaq bürcü (lat. Capricorn) — 22 dekabrdan 20 yanvaradək. Astroloqlar hesab edirlər ki, Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər. Rəmzləri: keçi, oğlaq, nərdivan, qüllə saatları. Rəngləri: tünd-yaşıl, qara, küi-boz, mavi, açıq sarı, tünd qəhvəyi və bütün tutqun tonlar. Daşları: yaqut, oniks, qranit, aydaşı, lazurit. Metalları: qurğuşun. |
226a7b69ed1255f7 | Oğlaq (astrologiya) | Çiçəkləri: ağ qərənfil, qara lalə, sarmaşıq. Anatomik emfazası: öd kisəsi, dəri xəstəlikləri, sümük skeleti, qaraciyər, mədə. Tilsimləri: qara pişik, şeytan. Xoşbəxt rəqəmləri: 3, 5, 7, 8 (8-ə bölünən bütün rəqəmlər), 14. Uğurlu günləri: çərşənbə axşamı, şənbə. Uğursuz günləri: bazar ertəsi, cümə axşamı. Ölkələri: Hindistan, Yuqoslaviya(Makedoniya), Birma, Meksika, Pribaltika. |
2d0953ae7a701a8e | Əlibaba Məmmədov | Əlibaba Balaəhməd oğlu Məmmədov (5 fevral 1930, Maştağa – 25 fevral 2022, Bakı) — Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989). Musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, şöhrət və şərəf, istiqlal ordenli. Bioqrafiyası Əlibaba Baləhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anada nolub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. |
6f0e875e6f3d8a69 | Əlibaba Məmmədov | Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır.1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb. 1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Niyazinin təşəbbüsü ilə "Hümayun" Xalq Çalğı Alətləri Ansamblını yaradıb və onun bədii rəhbəri olub.Gənc yaşlarından muğam və xalq mahnılarının mahir ifaçısı kimi tanınan xanəndə xalq ruhunda çoxlu mahnılar, təsniflər, rənglər, dəramədlər bəstələyib. 1963-cü ildə respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Müğənni kimi bir sıra fəxri fərmanlarla, həmçinin "SSRİ mədəniyyət əlaçısı" fəxri döş nişanı ilə də təltif olunub. 1992-ci ildə Əliağa Vahidin əsərlərinə yazdığı mahnı və təsniflərə görə "Vahid" adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 fevral 2000-ci il tarixli fərmanı ilə Əlibaba Məmmədov 70 illik yubileyi ərəfəsində "Şöhrət" ordeni ilə təltif edilib. |
LDQuAd v2 Retrieval Dataset
A retrieval dataset built from LocalDoc/LDQuAd_v2 — a question-answer dataset over Azerbaijani-language Wikipedia content. Designed for training and evaluating information retrieval, semantic search, and RAG pipelines in Azerbaijani.
Dataset Configs
The dataset consists of three configs that can be joined via passage_id:
corpus
The passage collection — one row per unique content passage.
| Column | Description |
|---|---|
passage_id |
Unique identifier of the passage (SHA-256 prefix) |
title |
Wikipedia article title |
content |
The text passage |
queries
One question per passage, each as a separate row.
| Column | Description |
|---|---|
passage_id |
Links to the relevant passage in corpus |
title |
Wikipedia article title |
question |
The question in Azerbaijani |
hard_negatives
BM25-mined hard negatives scored by a cross-encoder reranker (BAAI/bge-reranker-v2-m3). Each row contains up to 10 hard negative passage IDs with their reranker scores.
| Column | Description |
|---|---|
passage_id |
Positive passage ID (links to corpus) |
question |
The question text in Azerbaijani |
pos_score |
Reranker score of the positive passage |
neg_{k}_id |
passage_id of the k-th hard negative |
neg_{k}_score |
Reranker score of the k-th hard negative |
Source Dataset
Based on LocalDoc/LDQuAd_v2 which contains 351,000 question-answer pairs derived from Azerbaijani-language content. Passages were filtered by content length (200–10,000 characters) and deduplicated before building the retrieval corpus.
Hard Negative Mining Pipeline
- Unique passages were extracted and deduplicated by content
- For each question, top-100 candidates were retrieved using BM25
- The positive passage was excluded from candidates
- Each candidate was scored with a cross-encoder reranker (BAAI/bge-reranker-v2-m3)
- Candidates with scores above 95% of the positive score were filtered out as likely false negatives
- Top-10 remaining negatives were kept, sorted by score (hardest first)
Example
from datasets import load_dataset
corpus = load_dataset("LocalDoc/ldquad_v2_retrieval", "corpus")["train"]
queries = load_dataset("LocalDoc/ldquad_v2_retrieval", "queries")["train"]
hard_negs = load_dataset("LocalDoc/ldquad_v2_retrieval", "hard_negatives")["train"]
# Build lookups
passage_lookup = {row["passage_id"]: row for row in corpus}
neg_lookup = {row["passage_id"]: row for row in hard_negs}
# Pick a query
q = queries[0]
print(f"Question: {q['question']}")
# Positive passage
pos = passage_lookup[q["passage_id"]]
print(f"Positive: {pos['content'][:200]}...")
# Hard negatives
hn = neg_lookup[q["passage_id"]]
print(f"Positive score: {hn['pos_score']:.4f}")
for k in range(1, 4):
nid = hn[f"neg_{k}_id"]
nscore = hn[f"neg_{k}_score"]
if nid:
neg = passage_lookup[nid]
print(f"Neg-{k} [score={nscore:.4f}]: {neg['content'][:200]}...")
Example Output
Question: 2006/2007-ci il Azərbaycan kubokunda "Xəzər Lənkəran" hansı mərhələdə yarışa qoşuldu?
✅ Positive [score=6.3750]:
2006/2007-ci il Azərbaycan kubokuna "Xəzər Lənkəran" 1/8 final mərhələsində qoşuldu.
Lənkəran təmsilçisi "Bakılı" klubunu 4:0 və 3:0 məğlub edərək növbəti mərhələyə keçdi.
1/4 final mərhələsində Lənkəran təmsilçisinin rəqibi "Bakı FK" oldu...
❌ Neg-1 [score=5.9414]:
Daha dəqiq olan Lənkəran təmsilçisi 3:5 hesablı qələbə qazandı və növbəti mərhələyə
keçdi. 1/4 final mərhələsində rəqib Bakının "Rəvan" klubu oldu. "Xəzər Lənkəran"
hər iki oyunda qalib gəldi (1:2 və 4:1) və növbəti mərhələyə keçdi...
❌ Neg-2 [score=3.2168]:
Rəqib Gəncənin "Kəpəz" klubu oldu. Reqlamentə əsasən cütlüyün taleyi 1 oyunda həll
olundu. 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran" növbəti mərhələyə keçdi...
❌ Neg-3 [score=2.6895]:
Ölkə birinciliyində Yakuba Bamba və Edmond Ntiamoah 5, Rəşad Abdullayev və Mario
Serjio Souza 4, Emin Quliyev, Nadir Nəbiyev və Junior Osvaldo 3, Elmar Baxşıyev 2...
Contact
For more information, questions, or issues, please contact LocalDoc at [v.resad.89@gmail.com].
- Downloads last month
- -